Zəmanət

 

  1. Bridgestone – nunn zəmanəti ancaq Bridgestone şirkətlər qrupuna məxsus Bridgestone və Firestone brendləri adında istehsal olunan , satılan , nəqliyyat vasitələrinə istehsalçı zavod tərəfindən komplektasiya kimi quraştırılan , istehsaslçı xətalarından əmələ gələn istehsal zədəsi , istehsal xətalı olan kamer , flipper və pnevmatik təkərlərə aitdir.
  2. Zədənin qiymətləndirilməsi və son qərarı ancaq Bridgestone-nun təyin etdiyi mütəxəssis tərəfindən hər tərəfli yoxlanmasından sonra verilə bilər . Yoxlanma, təkər təqdim olunduğu müddətdən 15 ( on beş ) iş günü çəkə bilər . Zədələnmiş məhsulun keyfiyyətinin yoxlanılmasının nəticələrinə əsasən son qərar verilir .
  3. Rəsmi servis tərəfindən montaj zamanı aşkar olunan zədə , istehsalçı tərəfindən  zəmanətli hesab olunur . Qeyri düzgün istismar zamanı zədələnmiş təkər kompensasiyası edilmir .
  4. Kompensasiya məbləği protektorun yeyilməsinə əsasən hesablanır (protektorun qalıq dərinliyi ölçülür) . Zədələnmiş təkərin kompensasiya məbləği satış qiymətinə əsasən aşağıdakı qaydaya uyğun hesablanır :                 
         Kompensasiya = ( satış qiyməti )  x       
                                     P.Q.D  - protektorun qalıq dərinliyi  (mm) .      
                                    P.B.D  - protektorun başlanğıc dərinliyi  (mm) .       
             
   *Qeyd- Balans , montaj və digər servis işlərinin xərcləri müştəri tərəfindən ödənilir .                   
  1.  Zəmanət öhdəlikləri bu hallarda nəzərə alınmır :

* Təkərin istehsal tarixi 5 ( beş ) ili keçdikdə
* Təkər protektorunun başlanğıc dərinliyinin 80% yeyildiyi halda
* Təkər qeyri düzgün şəraitdə saxlanması və ya istifadəsi zaman zədələnməsi
* Təkər təmir, bərpa və ya bişirilmə zamanı zədələnməsi
* Təkərin zədələnməsinə gətirən amillər olduqda : qeyri düzgün balans və montaj , quraşdırma bucağının düzgün qoyulmaması , amortizator və ya əyləc sisteminin düzgün işləməməsi ,daxili təziqin düzgün qoyulmaması , icazə verilən normadan artıq yüklənməsi , yanacaq, sürtkü məhsulları, kimyəvi məhsullarla və alovla təması , zəncirlərin vurulması , yarışlarda istismarı , qəzaya uğraması və ya bilərəkdən zədələmə.
*Yol örtüyünün keyfiyyətsiz (pis) olmasından əmələ gələn zədələr .

  • Bridgestone– a keyfiyyətinin yoxlanması üçün verilən zədələnmiş məhsul nümayəndəlikdə  təhvil alınan müddətdən etibarən 1 ( bir ) ay saxlanılır . Bu müddət bitdikdə müştəriyə ( təhvil verən şəxsə ) məlumat verilmədən nümayəndəlik zədələnmiş məhsulu utelizə etmə hüququna malikdir .  Bridgestone – nun nümayəndəsinin yoxlamanın nəticələrinə dair verdiyi son qərara müştərinin  narazılıq aktının verilməsi və digər qanuni hallar istisna olmaqla .