Bridgestone

  • Pulsuz balans: Edilmir
  • Zəmanət: 2
  • İstehsalçı ölkə: Yaponiya
  • Sürət indeksi: T
  • Yük indeksi: 106

Qısa təsvir

Bridgestone Dueler A/T 694 - yolsuzluq xarakteristikalarının yüksəlişinə xüsusi diqqət

Yolsuzluq avtomobilləri üçün nəzərə tutulmuş Bridgestone Dueler A/T 694 təkərləri uzun müddət özünü sınaqdan yaxşı çıxmış təkər kimi təsdiq edən Dueler A/T 693 modelini əvəz edir.
Yeni Bridgestone Dueler A/T 694 təkərləri inqilabi innovasiyaların tətbiqi sayəsində demək olar ki, bütün xüsusiyyətlərini yeni səviyyəyə yüksəldə bilib. Səsin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb, idarəetmə rahatlığı və yol ilə təmas yüksəldilib, əsas diqqət isə şinlərin yolsuzluq xüsusiyyətlərinə edilib. Bridgestone Dueler A/T 694 təkərlərinin konsepsiyası 4x4 avtomobillərinin dünya üzrə inkişaf trendinə uyğun olmaqla şinlərin aqressiv dizaynında öz parlaq əksini tapıb. Optimallaşdırılmış protektor cizgisi palçıqlı yolda daha əmin hərəkət etməyə imkan yaradır. 3 ölçülü bloklar sayəsində şinlər böyük sürətlə hərəkət zamanı az deformasiyaya uğrayır ki, bu da öz müsbət təsirini idaretmədə göstərir. 
Texnologiyalar 
1. 3D-block - Yeni kompüter proqramından istifadə 3 ölçülü quruluşda blokların modelləşdirilməsini mümkün hala gətirib. Həmçinin belə bloklar yüksək sürətlə hərəkətlər zamanı təkərin daha az deformasiyaya uğramasına imkan yaradır. 
2. Uzunlaşdırılmış kanallar - aşınma zamanı bu kanalların uzunluğu artır ki, bu da şinin ilk vəziyyətindəki kimi birləşdirmə özəlliklərini qoruyub saxlayır. Beləliklə sizin şinlər bütün istismar müddətinin sonuna qədər etibarlılıq nümayiş etdirə bilir. 
3. Modelləşdirilmə - müasir kompüter proqramlarının sayəsində Dueler A/T 694 şininin protektoru optimallaşdırılıb. Məlumdur ki, şin palçıqda nə qədər çox iz buraxa bilirsə, bu onun səth ilə daha yaxşı təmasından xəbər verir. Protektorun blokları palçığa təzyiq edir və onu şinin səthindən qopmağa məcbur edir. Yeni şində blokların təzyiqi demək olar ki, şinlərin bütün təmas nöqtələrində eynidir.